21 
İyn
2018
16:07
17
145
4404
Virtual karabakh

Türkiyədə kartof “ceyranın belində”: Bəs bizdə?

21 İyn, 2018
16:07
4404

Türkiyədə kartof “ceyranın belində”: Bəs bizdə?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə  kartofun qiymətləri kəskin yüksəlib. 

Oxu.Az xəbər verir ki, hazırda qonşu ölkənin bazarlarında kartofun qiyməti  2,5-3,5 lirə təşkil edir.

Çeşidinə görə, mağazaların rəflərində hətta 4,5-6 lirəyə də kartofa rast gəlmək olar.

Nəzər çatdıraq ki, may ayında kartofun qiyməti 1,8 lirə olub. Bir ay ərzində kartof 94 faiz bahalaşıb. Belə ki, əgər may ayında 1,8 lirəyə 1 kiloqram kartof almaq mümkün idisə, hazırda bu qiymətə 500 qram kartof almaq olar. 

Hesablamalara əsasən, kartofun dəyəri il ərzində 75 faiz yüksəlib. 

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin açıqlamasına görə, kartofun qiymətinin yüksəlməsinin səbəbi təsərrüfatlara düşən xəstəlikdir. 

O, qiymətləri aşağı salmaq üçün kartof və soğan idxal edəcəklərini açıqlayıb. Soğan və kartof qiymətində artıma toxunan Zeybekci “inflyasiya ilə mübarizədə çox güclü addımlarımız olacaq”, - deyə bildirib.

Qeyd edək ki, Azərbaycana idxal olunan Türkiyə məhsulları arasında kartof da var. O ki qaldı bahalaşmanın yerli bazara təsir edib-etməyəcəyinə, rəsmi statistikaya görə, mövsümdə 135,4 min ton (66,6 faiz çox) kartof yığılıb.

Məhsuldarlığın artması kartof idxalının azalmasına səbəb olub. Bu ilin beş ayında kartof idxalı 11,6 faiz azalıb, əvəzində kartof idxalı 2,5 dəfə artıb. Hesabat dövründə kartofun ucuzlaşması qeydə alınıb. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri