22 
İyn
2018
13:00
25
72
2701
Virtual karabakh

Dövlət büdcəsində düzəlişlər nəyə yönəlib? - ŞƏRH

22 İyn, 2018
13:00
2701

Dövlət büdcəsində düzəlişlər nəyə yönəlib? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftin yay dövrü üçün qiymətlərinə görə büdcədə düzəlişlərin edilməsi Azərbaycan üçün nadir hadisə deyil. Əlbəttə, düzəlişlərin yüksək neft qiymətlərinə görə edilməsi xoşdur.

Bu sözləri Oxu.Az-a açıqlamasında iqtisadi analitik Fuad Əlizadə 2018-ci ildə dövlət büdcəsində dəyişiklik layihəsinin müzakirəsini şərh edərkən deyib. 

“Büdcənin gəlir hissəsinin və qiymətlərin tənzimlənməsini mühafizəkar siyasət tədbirlərinə aid etmək olar, çünki artıq 2018-ci ildə bir barel neftin 60 dollardan yuxarı olacağı aydındır”, - ekspert bildirib. 

Onun sözlərinə görə, büdcənin xərclər hissəsinin artırılması ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinə və bir sıra mühüm strateji layihələrə yönələcək. 

Qeyd edək ki, bu ilin dövlət büdcəsində xərclərin 2 milyard 14 milyon manat artırılaraq, 23 milyard 61 milyon manata çatdırılması, eləcə də, büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi nəzərdə tutulur.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri