İyl
2018
22:20
380
193
3179
Virtual karabakh

Prezident: Altı ay ərzində ÜDM 1,3% artıb

9 İyl, 2018
22:20
3179

Prezident: Altı ay ərzində ÜDM 1,3% artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 6 ay ərzində ÜDM 1,3%, qeyri-neft sektoru 2% artıb. Sənaye istehsalı 1% artsa da, bu da məqbul rəqəmdir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının yekunları ilə bağlı keçirilən iclasda bildirib.

Dövlət başçısının sözlərinə görə, 6 ay ərzində qeyri-neft sektorunda sənayenin inkişafı 8,8% təşkil edib.

“Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara dəstək öz bəhrəsini verir”,  - deyə, Prezident vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, 6 ay ərzində kənd təsərrüfatı 7,6%, o cümlədən bitkiçilik 14%-dən çox artıb, ölkədə 58 mini daimi olmaqla, 67 min yeni iş yeri yaradılıb.

“Ölkə iqtisaidyyatına 6 mlrd. dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3% təşkil edir. İnflyasiyanın aşağı olması göstərir ki, ölkədə makroiqtisadi sabitlik təmin edilib. Xarici ticarət dövriyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft sektorunun ixracı 20% artıb. 6 ay ərzində xarici ticarətdə müsbət saldo 4,2 mlrd. dollar təşkil edib, ilin sonunadək bu rəqəm daha da artacaq, lakin artıq indi bu çox böyük rəqəmdir və onu göstərir ki, makroiqtisadi sabitlik təmin edilir”, - deyə, İ. Əliyev bəyan edib.

Azərbaycan prezidentinin qeyd etdiyinə görə, hazırda ölkənin valyuta ehtiyatları 43,4 mlrd. dollar təşkil edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri