22 
İyl
2018
16:21
48
502
6333
Virtual karabakh

Paytaxt bazarlarında xiyar bahalaşdı

22 İyl, 2018
16:21
6333

Paytaxt bazarlarında xiyar bahalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.

Oxu.Az xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir.

Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib:

“Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri