11 
Avq
2018
10:49
74
23
3022
Virtual karabakh

“TuranBank”ın rəhbərliyində dəyişiklik olub

“TuranBank”ın rəhbərliyində növbəti dəyişiklik baş verib. 

Oxu.Az banka istinadən xəbər verir ki, maliyyə qurumunun Müşahidə Şurasının tərkibinə, eləcə də, bəzi komitə və departamentlərin rəhbərliyinə təyinat olub. 

Belə ki, Abid Məmmədov Müşahidə Şurasına üzv seçilib. Bəxtiyar Məmmədov isə bankın İnformasiya Texnologiyaları Komitəsinin direktoru təyin edilib.

Bundan əlavə, bir müddətdir vakansiya elan edilən xəzinədarlıq departamentinin rəhbəri vəzifəsinə təyinat aparılıb. Bundan sonra xəzinədarlıq departamentinə Şamxal İmanov rəhbərlik edəcək. 

Xatırladaq ki, ötən ay bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər aparılmışdı. Belə ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilmişdi. Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdu. 

L.Ə.
www.oxu.az

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri