13 
Avq
2018
14:37
187
57
2783
Virtual karabakh

Azərbaycana ət və kərə yağı idxalı azalıb

13 Avq, 2018
14:37
2783

Azərbaycana ət və kərə yağı idxalı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana 95 mln. 979,02 min dollar dəyərində - 174,051 min ton meyvə-tərəvəz idxal edilib.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən xəbərə görə, meyvə-tərəvəz idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz azalıb. 

Hesabat dövründə ət idxalı 1,4, kərə yağı 20,7 faiz azalıb. Belə ki, yeddi ayda ölkəyə 37 mln. 827,39 min dollar dəyərində 25,687 min ton ət, 42 mln. 987,73 min dollar dəyərində 7 min 304,16 ton kərə yağı idxal edilib.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri