13 
Avq
2018
14:59
83
25
1473
Virtual karabakh

Qeyri-neft sektoruna investisiya qoyuluşları artıb

13 Avq, 2018
14:59
1473

Qeyri-neft sektoruna investisiya qoyuluşları artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilib. 

Oxu.Az Dövlət Stastisika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz azdır. 

Azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olub. 

Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 65,5 faiz artıb. 

Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilən vəsaitlərin 13,7 faizi bank kreditlərinin, 24,9 faizi büdcə vəsaitlərinin, 6,3 faizi əhalinin şəxsi vəsaitlərinin payına düşüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri