14 
Avq
2018
15:53
242
68
2573
Virtual karabakh

İran neftin qiymətində endirim edəcək

14 Avq, 2018
15:53
2573

İran neftin qiymətində endirim edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran neft bazarındakı tələbi və digər ixracatçıların qiymət endirimlərini nəzərə alaraq, qiymətləri aşağı salmağa hazırlaşır.

Oxu.Az-ın məlumatına görə, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya Neft Nazirliyindəki mənbə bildirib.

O qeyd edib ki, müştərilərə endirim fürsəti vermək qlobal neft bazarının əsaslarını təşkil edir. 
Endirimin hansı istiqamətdə olacağı açıqlanmasa da, bəzi mətbu orqanlar avqust ayından neftin qiymətinin 60-80 sent ucuzlaşdırılacağını yazır. 

Bildirək ki, İran gündəlik ortalama 2 milyon 200 min barel neft ixrac edir. Bunun yarısı Çin və Hindistan tərəfindən, 25 faizi Avropa ölkələri tərəfindən alınır. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri