14 
Avq
2018
22:20
133
59
2190
Virtual karabakh

Xələf Xələfov: Konvensiyanın ilk layihəsini Azərbaycan hazırlayıb

14 Avq, 2018
22:20
2190

Xələf Xələfov: Konvensiyanın ilk layihəsini Azərbaycan hazırlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. 

Oxu.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Aktauda imzalanan Konvensiyanın əsas müddəalarını şərh edərkən deyib.

“Bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir”, - Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib:

“Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. 

Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub”. 

Xələf Xələfov qeyd edib ki, bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir.

“Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır”, - xarici işlər nazirinin müavini deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri