17 
Avq
2018
17:49
47
315
2571
Virtual karabakh

Əhalinin banklardakı pulu artıb

17 Avq, 2018
17:49
2571

Əhalinin banklardakı pulu artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə əhalisinin banklarda 8 milyard 109,3 milyon manat pulu var. 

Oxu.Az xəbər verir ki, cari ilin iyul ayının 1-nə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı vəsaitlərinin həcmi 17,4 faiz artıb. 

Əmanətlərin 62,4 faizi xarici, 37,6 faizi isə milli valyutada yerləşdirilib.

Beləliklə, əmanətlərin 3 milyard 048 milyon manatı milli valyutada, 5 milyard 060,6 milyon manatı xarici valyutadadır. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb. Xarici valyutada əmanətlər isə 0,2 faiz azalıb.  

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri