Sen
2018
11:40
24
76
3544
Virtual karabakh

Neft Fondu ən böyük neft-qaz yatağından əldə etdiyi gəliri açıqladı

4 Sen, 2018
11:40
3544

Neft Fondu ən böyük neft-qaz yatağından əldə etdiyi gəliri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Fondu 2001-ci ildən 2018-ci ilin sentyabr ayının 1-nə qədər “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsindən 135 milyard 142 milyon dollar gəlir əldə edib. 

Fonddan Oxu.Az -a bildirilib ki, cari ilin yanvar-avqust ayları üzrə AÇG-dən 6 milyard 656 milyon dollar vəsair daxil olub. 

Xatırladaq ki, ötən il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilədək işlənməsi üzrə müqavilə imzalanıb. Layihədə SOCAR-ın payı iki dəfə artırılaraq, 25 faizə çatdırılıb. 

Neft-qaz yatağı üzrə digər şirkətlərin iştirak payı isə belədir: Britaniyanın BP şirkəti (30,37% - operator), Chevron (9,56 %) və ExxonMobil -Amerika (6,79 %), ONGC -Hindistan (2,31 %), Inpex Corp. (9,31 %) və ITOCHU Oil - Yaponiya (3,65 %), Statoil - Norveç (7,27 %), TPAO - Türkiyə (5,73%).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri