14 
Sen
2018
15:03
39
144
4905
Virtual karabakh

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini artırdı - YENİLƏNİB

14 Sen, 2018
15:03
4905

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini artırdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Mərkəzi Bankı 2014-cü ildən sonra ilk dəfə faiz dərəcəsini artırıb. 

Oxu.Az xəbər verir ki, MB faiz dərəcəsini 25 bənd artıraraq, 7.50 səviyyəsinə yüksəldib. 

Qeyd edək ki, “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılardan 42-si bankın faizləri sabit saxlayacağını, cəmi ikisi artımın olacağını irəli sürmüşdü. 

11:35

Türkiyə Mərkəzi Bankının (TCMB) faiz artımı qərarından sonra diqqət Rusiya Mərkəzi Bankının keçiriləcək toplantısına yönəlib. 

Oxu.Az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı həftəlik repo faizində 625 bənd artıma gedərək 24%-ə yüksəldib.

Xarici mətbuat yazır ki, TCMB-dan sonra bazarlara dəstək vermək növbəsi Rusiya Mərkəzi Bankındadır. 

Belə ki, Rusiya Mərkəzi Bankı bu gün pul siyasətini müzakirə edəcək. İclasın nəticələri Bakı vaxtı ilə 14:30-da elan ediləcək. Qeyd edək ki, hazırda ölkənin pul siyasəti faizi 7.25 faiz təşkil edir. 

Bəzi analitiklərə görə, Rusiya Mərkəsi Bankı ABŞ-ın sanksiyalarına cavab olaraq 2014-cü ildən indiyədək ilk dəfə faiz artımına gedə bilər. 

Rusiyalı ekspertlər isə hesab edir ki, Mərkəzi Bank faiz siyasətini dəyişməyəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri