17 
Sen
2018
11:00
67
32
2697
Virtual karabakh

“PAŞA Sığorta” yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib

17 Sen, 2018
11:00
2697

“PAŞA Sığorta” yeni tədris ili ərəfəsində region məktəblilərini sevindirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“PAŞA Sığorta” şirkəti təhsilə dəstək məqsədilə ölkənin Quba-Xaçmaz zonasında birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqlara məktəbli forması və dərs ləvazimatları hədiyyə edib.

Davamlı olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri reallaşdıran “PAŞA Sığorta” şirkəti “PAŞA Holding”in dəstəyilə ənənəvi olaraq yeni tədris ilinin başlanması münasibətilə regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirib. 

Beləliklə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyilə Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində “PAŞA Sığorta” və “PAŞA Holding”in bir qrup könüllü əməkdaşı tərəfindən 350-dək uşağa məktəbli forması dəsti və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim edilib. Tədbir zamanı uşaqların sevinc və marağına səbəb olmuş sürpriz əyləncə proqramı təşkil olunub.   

Təqdirəlayiqdir ki, “PAŞA Sığorta” şirkətinin cari təşəbbüsü artıq ardıcıl olaraq üçüncü ildir ki, həyata keçirilir. Ötən illərdə layihə çərçivəsində ölkənin Aran və cənub bölgələrində yaşayan aztəminatlı ailələrdən olan 400-dən çox uşaq forma və ləvazimatlarla təmin edilib.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri