25 
Sen
2018
17:32
24
181
3681
Virtual karabakh

Deputat ÜTT-yə qoşulmaqda tələsməməyə çağırdı

25 Sen, 2018
17:32
3681

Deputat ÜTT-yə qoşulmaqda tələsməməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada az ölkələr var ki, qısa zaman kəsiyində adambaşına düşən məhsul üzrə artıma nail olublar. Bu dövlətlərdən biri də Azərbaycandır. 

Oxu.Az-ın xəbərinə görə, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxşı zamanı akademik, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, bu gün qloballaşan dünyada “ikili oyunlar” gedir.

“Dünyanın aparıcı, super dövlətləri özlərinin yaratdıqları Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün prinsiplərini pozurlar. Bir çoxları proteksionist siyasət yeridirlər. Eyni zamanda, son illər Azərbaycanın da bu təşkilata daxil olması iqtiqamətində işlər, danışıqlar davam etdirilir.

Amma ölkəmizin həmin təşkilata daxil olmasının sürətlətləndirilməsi çağırışlarını anlamıram. Çünki qeyd etdiyim kimi, bu çağırışı səsləndirənlərin özləri bir çox hallarda ÜTT-nin prinsiplərini açıq-aşkar şəkildə pozurlar.

Qloballaşan dünyada dünyanınn əksər ölkələri milli maraqlara daha çox üstünlük verirlər”, - deyə komitə sədri əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri