Okt
2018
18:26
449
56
11855
Virtual karabakh

Azərbaycanda elektromobil istehsal olunacaq - FOTO

3 Okt, 2018
18:26
11855

Azərbaycanda elektromobil istehsal olunacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək. 

Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə NAZ-da hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Bundan başqa, zavodda “LİFAN miniven”lərinin bazasında təcili tibbi yardım üçün istifadə oluna biləcək avtomobillərin 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrinin yığımı da həyata keçiriləcək.

Musa Abdullayev qeyd edib ki, 2010-cu ildən fəaliyyət göstərən zavodda bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Zavodda ilkin olaraq “LİFAN” markalı 4 model avtomobil istehsal olunub və “NAZ-LİFAN” brendi altında satışa çıxarılır. Hazırda ticari avtomobillər də daxil olmaqla, 14 fərqli model istehsal edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri