10 
Okt
2018
18:31
47
91
3984
Virtual karabakh

Rusiyaya aparan yeni körpünün iqtisadi dividendi var - RƏY

10 Okt, 2018
18:31
3984

Rusiyaya aparan yeni körpünün iqtisadi dividendi var - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Dağıstan sərhədində Samur çayının üzərindən salınan avtomobil yolunun tikintisinə 1,2 milyard rubl xərclənəcək. Bu vəsaitdə xərclər üzrə pay bölgüsü isə Azərbaycan və Rusiya üçün 50/50-dir.  

Oxu.Az xəbər verir ki, bu avtomobil körpüsü həm ölkələr arasında münasibətlərin daha yaxşı inkişaf etməsi, həm də ticarət münasibətlərinin daha rahat şəkildə reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. 

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Azərbaycanın qeyri-neft ixracının 35 faizi məhz bu ölkənin payına düşür. 

Belə ki, Azərbaycan 2017-ci ildə 1,5 milyon dollarlıq məhsul ixrac edib. Bu həcmin yarım milyon dollarını Rusiya bazarına yönəldib. Bu ilin səkkiz ayında da Azərbaycanın qeyri-neft ixracına 1/3 payla məhz Rusiya liderlik edib. Rusiya ilə Azərbaycan arasında ümumilikdə ticarət dövriyyəsi isə 2,5 milyard dollardır. 

“Kənd təsərrüfatı mallarının 90%-i Rusiya bazarlarına yönəlir. Bu körpünün açılması, təbii ki, iqtisadi tərəfdaşlığın yüksəlməsinə şərait yaradacaq. Xüsusən fermerlər  daha qısa bir zaman kəsiyində və daha rahat yolla məhsullarını Rusiyaya çıxara biləcəklər. İnfrastrukturun düzəlməsi həm də ixracın həcminin artmasına səbəb olacaq”. 

Qeyd edək ki, Rusiya bazarının 150 milyonluq istehlakçısı var. Ona görə də Azərbaycan sahibkarları üçün həmişə cəlbediciliyini qoruyub-saxlayacaq. 

Bundan başqa, Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir və üç zolaqdan ibarət olacaq.

Xatırladaq ki, körpünün tikinti işlərinə 2017-ci ildə başlanılıb və 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulur. Dağıstanın nəqliyyat naziri Yevgeniy Ditrix bildirib ki, tikinti prosesi qrafiklə gedir və hətta Rusiya tərəfində piyada keçidi də inşa edilir. 

Körpünün tikilməsi haqqında ölkələrarası razılıq sənədi 2013-cü ildə imzalanıb. Yeni körpü 1957-ci ildə tikilmiş köhnə körpünü əvəz edəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri