11 
Okt
2018
16:31
435
22
6173
Virtual karabakh

ABŞ birjası çökdü

11 Okt, 2018
16:31
6173

ABŞ birjası çökdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən “ticarət müharibəsi”nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. 

Oxu.Az xəbər verir ki, Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son iki ilin, “Dow Jones” və “Standard & Poor's 500” indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək, son səkkiz ayın ən böyük itkilərini veriblər.

 

Bunların arasında ən böyük zərərlə NASDAQ indeksi üzləşib. Çünki bu indeks ABŞ-ın yüksək texnologiyalı aparıcı şirkətlərinin səhmlərini əhatə edir. Ticarət əməliyyatlarının nəticəsinə görə, NASDAQ 4,08 faiz çökərək, 7 422,05 bəndə qədər geriləyib. Fond bazarının silkələnməsi 2018-ci ilin fevralından bəri yenidən rekord düşmə göstərib.

Bazarın çökməsində əsas drayver rolunu Çindən gətirilmiş çiplər oynayıb. ABŞ şirkətləri və dövlət orqanları hesab edirlər ki, onlarda casusluq qurğuları olub. Bu çiplər haqqında “Apple” və “Amazon” kimi ABŞ nəhəngləri məlumat veriblər. 

Bazara olan təzyiqlərdən başqa, analitiklər hesab edirlər ki, ticarət müharibəsi nəticəsində şirkətlərin gəlirləri azalacaq və bu da səhmlərin ucuzlaşmasına səbəb olacaq, nəticə isə özünü fond indekslərində göstərəcək. 

Digər amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini qaldırmaq cəhdləri ilə bağlıdır. Bu, ABŞ şirkətləri üçün borc alətlərini daha əlçatmaz səviyyəyə qaldıra bilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri