17 
Okt
2018
17:03
5
32
3818
Virtual karabakh

Vahid büdcə təsnifatı necə dəyişib? - RƏSMİ

17 Okt, 2018
17:03
3818

Vahid büdcə təsnifatı necə dəyişib? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyi vahid büdcə təsnifatında edilən dəyişikliklərlə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli, 440 nömrəli qərarına müvafiq olaraq vahid büdcə təsnifatda dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlərin təsnifatda nəzərə alınması ilə bağlı olub.

Vahid büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsinə yönələn islahatların vacib elementlərindən biridir.

Vahid büdcə təsnifatında edilən dəyişikliyə müvafiq olaraq büdcə gəlirlərinin təsnifatında büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxilolmaları daha geniş və əhatəli təsnifləşdirilib, təsnifat kodlarına müvafiq əlavələr edilib.

Təsnifatda dəyişikliklər edilərkən beynəlxalq təşkilatların təklifləri də nəzərə alınıb.

Dövlət və icmal büdcələrinin strukturunda edilən əlavə və yeniliklərə (büdcə qaydasının tətbiqi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlər və s.) müvafiq olaraq büdcə xərclərinin funksional təsnifatında bölmələrin sayı 14-dən 12-yə azaldılıb, təsnifatın bəzi xərc bölmələri genişləndirilib, bir sıra köməkçi bölmələrin strukturu dəyişdirilib.

Büdcə xərclərinin iqtisadi təsnifatı yenidən işlənilərək bölmələrin sayı 11-dən 10-a azaldılıb.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq 2020-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin bu təsnifata uyğun tərtib edilməsi məqsədilə onun tətbiqinə 2019-cu ildən başlanılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri