17 
Okt
2018
18:02
194
39
14336
Virtual karabakh

Prezident yeni yolun tikintisinə 20 milyon manat ayırdı

17 Okt, 2018
18:02
14336

Prezident yeni yolun tikintisinə 20 milyon manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, on bir min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,08 milyon (iyirmi milyon səksən min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri