23 
Okt
2018
10:30
33
94
2386
Virtual karabakh

“Xalq Bank” III rübü uğurla başa vurdu

23 Okt, 2018
10:30
2386

“Xalq Bank” III rübü uğurla başa vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qoruyub. Belə ki, cari ilin üçüncü rübünün sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 127.365 mln. manat və ya 7,02% artaraq, 1,941.013 mlrd. manat təşkil edib. Bankın məcmu kapitalı isə сari ilin 9 ayı ərzində 12,910 mln. manat və ya 5% artaraq, 271,181 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 9,72% artıb, faiz xərcləri isə 11,6% azalıb. Bunun nəticəsində Bankın xalis faiz gəlirləri 2017-ci ilin doqquz ayının yekunları ilə müqayisədə 17,38% artaraq, 65,634 mln. manat təşkil edib. Qeyd etmək lazımdır ki, xalis faiz gəlirlərində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası və xərclərin azaldılması nəticəsində yaranıb.

“Xalq Bank” 2018-ci il ərzində öz mənfəətliliyini qoruyub-saxlayıb və ötən ilin analoji dövru ilə müqayisədə 36,84% artaraq, ilin ilk üç rübünü 17,959.27 mln. manat mənfəətlə bitirib.

2018-ci ilin üç rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ASC “Xalq” Bankının ölkənin lider banklarından biri olmasını bir daha təsdiq edir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.  

ASC “Xalq” Bankı 2004-cü ildə yaranıb. Ölkə ərazisində 29 filial və 605 nəfərlik peşəkar kollektivi xidmət göstərən Xalq Bank hazırda ölkənin ən böyük banklarından biridir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri