Noy
2018
10:30
47
125
7973
Virtual karabakh

Ən çox pomidor və qızıl satırıq - İXRAC İCMALI

5 Noy, 2018
10:30
7973

Ən çox pomidor və qızıl satırıq - İXRAC İCMALI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin on ayında xaricə qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.

Oxu.Az xəbər verir ki, İxrac İcmalına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə artım 13% təşkil edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 14,3 milyard ABŞ dolları olub. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracda dinamik artım müşahidə olunub və cari ilin doqquz ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon ABŞ dolları olub. 

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon ABŞ dolları və ya 13 faiz artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 402,2 milyon, Türkiyəyə 275,6 milyon, İsveçrəyə 105,2 milyon, Gürcüstana 97,4 milyon və Qazaxıstana 34,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin doqquz ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10 faiz, Türkiyəyə 23 faiz, İsveçrəyə 7,7 faiz,Qazaxıstana 61 faiz artıb, Gürcüstana isə 1,5 faiz azalıb. 

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 93 milyon ABŞ dolları) ikinci olub. Üçüncü yerdə isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (67,6 milyon ABŞ dolları) qərarlaşıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri