13 
Noy
2018
22:43
63
250
20919
Virtual karabakh

Mərkəzi Bank 1,3 milyard manatı məhv etdi

13 Noy, 2018
22:43
20919

Mərkəzi Bank 1,3 milyard manatı məhv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bank 1,3 milyard manat həcmində pul nişanlarını yandırıb.

Oxu.Az xəbər verir ki, həmin pul yararsız olduğundan məhv edilib.

Mərkəzi Bankın hesabatına görə, dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” çərçivəsində ötən il “Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 milyon manat tədavülə yararsız pul nişanı dəyişdirilib.

Eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 milyard manat (92 milyon ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb. 

Hesabata görə, ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank 410.7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsini təmin edib.

Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90 faizi ötüb. Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75 faizdən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Buna görə də Mərkəzi Bank 2018-ci ilin may ayında 200 manatlıq əskinasları dövriyyəyə buraxıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri