13 
Noy
2018
17:00
61
262
8868
Virtual karabakh

Vahid Əhmədov qiymətlərin bahalaşmasından danışdı

13 Noy, 2018
17:00
8868

Vahid Əhmədov qiymətlərin bahalaşmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından danışıb.

Oxu.Az xəbər verir ki, o, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, milli valyutamızın gələn il və ondan sonrakı üç il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub:

“Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin, görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər “böyük sürətlə” inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu, göstərilən xətlə mütənasib deyil”.

Deputat Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirib:

“Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar”.

Azərbaycanın xarici dövlət borcu məsələsinə də toxunan V. Əhmədov vurğulayıb ki, adambaşına xarici dövlət borcu 1000 dollar təşkil edir:

“Bu da ÜDM-nin 22 faizini təşkil edir, yəni, 9,6 milyard manat deməkdir. Bir çox dövlətlərlə müqayisədə bu, böyük rəqəm deyil. Amma bu məsələ artıq indidən həllini tapmalıdır. Yəni, bunun büdcə hesabına ödənməsi düzgün deyil. Bu borcu hansı qurum alıbsa, özü də qaytarmalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri