15 
Noy
2018
12:44
23
118
3888
Virtual karabakh

Mərkəzi Bank: Nağd pul problemlər yaradır

15 Noy, 2018
12:44
3888

Mərkəzi Bank: Nağd pul problemlər yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bugün Bakıda növbəti bank forumu işə başlayıb.

Oxu.Az xəbər verir ki, tədbiri Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev açaraq bildirib ki, rəqəmsallaşma həm dövlət, həm də biznes üçün ən böyük strateji hədəfdir. 

Ölkədə nağdsız ödənişlərə əngəllərin aradan qaldırılması üçün 60-a yaxın tədbir planlaşdırılır. 

A.Quliyevin sözlərinə görə, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi əhəmiyyətli dərəcədədir. Buna görə də nağd ödənişlərin həcminin hər il 7 faiz artırılması nəzərdə tutulub. Mərkəzi Bank rəsmisi hesab edir ki, nağd dövriyyənin yüksəlməsi aşağıdakı çətinlikləri yaradır.  

1. İri həcmli pul kütləsinə nəzarət çətinləşir.

2. Bank və maliyyə sektorunun monitorinq imkanlarına mənfi təsir edir.

3. Pul kütləsinin üzərində monitar və fiskal nəzarəti çətinləşdirir.

4. Şəffaflıq problemi yaradır.

5.Vergi nəzarətinin həyata keçirilməsinə mane olur. 

A.Quliyev bir daha manatın məzənnəsinə toxunaraq, sabitliyin qorunub-saxlanacağını bəyan edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri