16 
Noy
2018
11:52
153
127
9939
Virtual karabakh

Hadi Rəcəbli: Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək

16 Noy, 2018
11:52
9939

Hadi Rəcəbli: Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergi Məcəlləsinə sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib.

O qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.

“Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”, - deyə H.Rəcəbli əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri