16 
Noy
2018
17:28
67
359
16871
Virtual karabakh

Evlər bahalaşmağa başlayıb - SƏBƏBLƏR

16 Noy, 2018
17:28
16871

Evlər bahalaşmağa başlayıb - SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin oktyabr ayında ilkin mənzil bazarında qiymətlər 3,12% - 1 224 manatadək (1 kv.m), təkrar bazarda isə 2,57% - 1698 manatadək bahalaşıb. Bir mənzilin kirayə haqqı 2,45% - 920 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 2,66% - 15,73 manatadək (1 kv.m) artıb. 

Oxu.Az xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət ibrahimovun açıqlamasına görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.

Bakının daşınmaz əmlak bazarında oktyabr ayında qiymət indikatoru sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,14% bahalaşıb. Bir sot torpağın qiyməti 1,1% - 21,218 min manatadək, kommersiya obyektlərinin qiyməti 5,27% - 2,412 min manatadək (1 kv.m) ucuzlaşıb.

Ekspert qeyd edib ki, Bakının daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması təkliflər portfelinin strukturunun dəyişməsi ilə bağlıdır. 

“Portfeldə, əsasən, bahalı mənzillər qalıb və bu da orta qiymətlərin artımını şərtləndirən amildir. Bundan başqa, payız aylarında hər zaman fəallığın artması müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşməyib”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri