20 
Noy
2018
17:22
20
174
12115
Virtual karabakh

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir

20 Noy, 2018
17:22
12115

“Bloomberg”: Dünyada neftin qiymətlərinə üç nəfər nəzarət edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC neft bazarındakı nəzarəti itirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Bloomberg” nəşri yazır.

Nəşr qeyd edir ki, Donald Tramp, Vladimir Putin və vəliəhd şahzadə Məhəmməd Bin Salman 2019-cu ildə də neftin qiymətlərini təyin edəcəklər. Lakin onlardan hər biri öz məqsədlərini güdür.

“OPEC ölkələri ümumi məqsəd və strategiya hazırlayarkən, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı qlobal neft tədarükü sahəsində dominantlıq edirlər. Bu üç ölkə OPEC-ə üzv olan digər 15 ölkənin ümumilikdəki neft hasilatından çox neft istehsal edir”, - deyə məlumatda bildirilir.

Neftin qiymətlərinin tədricən ucuzlaşması fonunda Səudiyyə Ərəbistanı gələn ay ixracı günə 500 min barel azaldacağını bəyan edərək, neft üzrə tərəfdaşlarına xəbərdarlıq etdi ki, onlar gündəlik hasilatı bir milyon barel azaltsınlar. Bu isə Tramp və Putinin sərt reaksiyasına səbəb oldu.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri