30 
Noy
2018
15:59
26
248
6447
Virtual karabakh

Avtobuslardan da aksiz rüsumu tutulacaq - YENİLİK

30 Noy, 2018
15:59
6447

Avtobuslardan da aksiz rüsumu tutulacaq - YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Odur ki, nəqliyyat sektorundakı bahalaşma təkcə minik avtomobillərində deyil, avtobusların qiymətlərində də olacaq.  

Oxu.Az xəbər verir ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslar gömrük keçid məntəqəsində aksiz vergisi də ödəyəcəklər. 

Dəyişikliyə görə: 

mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda: 8 000 manat və əlavə olaraq mühərrikin həcminin 4 001-6 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

mühərrikin həcmi 8 000 kubsantimetrədək olduqda: 16 000 manat və əlavə olaraq mühərrikin həcminin 6 001- 8 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

mühərrikin həcmi 10 000 kubsantimetrdək olduqda: 28 000 manat və əlavə olaraq mühərrikin həcminin 8 001- 10 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda: 44 000 manat və əlavə olaraq mühərrikin həcminin 10 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən, ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən artıq və ya qət etdiyi məsafə 100 000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Azərbaycana idxal edilən avtobusların sayı, rəsmi statistikaya görə, o qədər də çox deyil. Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, 10 nəfərdən artıq tutumu olan nəqliyyat vasitələrinin Azərbaycana idxalı üzrə 2018-ci ilin 10 ayında 179 ədəd idxal qeydə alınıb. 

İlhamə Abdullayeva 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri