Dek
2018
16:23
20
102
5733
Virtual karabakh

2018-ci ilin “dollar bumu”: əhaliyə və banklara dollar satışı artıb

6 Dek, 2018
16:23
5733

2018-ci ilin “dollar bumu”: əhaliyə və banklara dollar satışı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Neft Fondunun açıqlamalarına görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 654,1 mln. dollar satılıb.

Beləliklə, bu ilin oktyabr ayında 489,6 milyon dollar satıldığından aylıq müqayisədə görünür ki, noyabrda Fond tərəfindən satılan valyutanın həcmi 164,5 mln. dollar və ya 33,6% artıb. 

Ötən ilin eyni dövrü ilə müqayisədə hərraca çıxarılan dollar satışı 3,1 dəfə artıb. Bu ilin on bir ayında satılan 5 milyard 782 milyon dollar isə ötən ilin eyni dövrü (3 milyard 13 milyon dollar) ilə müqayisədə 91,9% çoxdur. 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 30 bank dollara olan tələbatını məhz Neft Fondunun hərraca çıxardığı valyuta hesabına ödəyir. Yəni bankların dollara olan ehtiyacını dövlət ödəyir və banklar aldıqları valyuta üzrə kurs təyin etməkdə, demək olar ki, müstəqildirlər. 

Hərracdan alınan vəsaitlərin bir qismi əhalinin valyutadəyişmə əməliyyatları üçün nəzərdə tutulur. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, bu ilin oktyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 40 milyon 626 min ABŞ dollarının xalis satışı həyata keçirilib. Bu isə elə bu ilin sentyabr ayı ilə müqayisədə 42 384 min dollar və ya iki dəfə çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə banklar əhaliyə 2 milyard 605 milyon 526 min nağd dollar satıb. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri