Dek
2018
16:11
29
66
4606
Virtual karabakh

SOCAR istiqrazlarından qiymət rekordu - BAHALAŞDI

6 Dek, 2018
16:11
4606

SOCAR istiqrazlarından qiymət rekordu - BAHALAŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti faiz ödənişinə bir aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR İstiqrazları rekord qiymətə satılıb. 

Oxu.Az xəbər verir ki, SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən verilən məlumata əsasən, 5 dekabr tarixində istiqrazların satışı 1032 dollardan gerçəkləşib.

Bu, buraxıldığı gündən indiyədək SOCAR İstiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir. İstiqrazların rekord qiymətə satışı onlara olan tələbatın kəskin artımı ilə bağlıdır.

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti beş il, illik gəlirliliyi 5 faiz, faiz ödənişi isə hər üç aydan birdir.

Qeyd olunan qiymətli kağızlar üzrə indiyədək səkkiz dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi 17 yanvar 2019 tarixində həyata keçiriləcək.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri