Dek
2018
13:08
34
10
2294
Virtual karabakh

“AgTech and Green Energy”də təqdim ediləcək startaplar bəlli oldu

7 Dek, 2018
13:08
2294

“AgTech and Green Energy”də təqdim ediləcək startaplar bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə keçiriləcək aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Foruma həsr olunmuş mətbuat konfrası keçirilib. 

Oxu.Az xəbər verir ki, dekabrın 10-11-də ADA Universitetində olacaq forumda 16 xarici ölkədən 41-dən çox xarici spiker iştirak edəcək. 

Kənd təsərrrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədovanın sözlərinə görə, forumda aqrar sahədə yaşıl enerji texnologiyasının inkişafı, elmin son yenilikləri və dünyanın gələcək trendləri müzakirə ediləcək. 

“15-dən yuxarı startap ideyasının necə biznesə çevrildiyi haqqında uğur hekayələrindən  danışılacaq. Almaniya Rumıniya, Ukraynadan ekspertlər iştirak edəcəklər. Müşavir qeyd etdi ki, forum hər il davamlı olaraq keçiriləcək.

Alternativ və aqrar texnologiyaların gələcəyi haqqında məlumatlar verəcəklər. İlk tematik forum olduğunu nəzərə alsaq, 1200-dən yuxarı qeydiyyatdan keçən şəxs var”.  

Qeyd edək ki, dünyada bitkilər və tullantılardan hazırlanan enerji nümunələri çoxdur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri