10 
Dek
2018
10:27
25
85
5670
Virtual karabakh

Səfirlik ABŞ şirkətlərinin Azərbaycandan getməsini şərh etdi

10 Dek, 2018
10:27
5670

Səfirlik ABŞ şirkətlərinin Azərbaycandan getməsini şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığımıza və uzunmüddətli ticarət əlaqələrimizə dəyər veririk.

Oxu.Az-ın məlumatına görə, bunu  Report-a ABŞ-ın Azərbaycandakı səfirliyindən Birləşmiş Ştatların “ExxonMobil və “Chevron” şirkətlərinin Azərbaycanın ən böyük neft yataqları blokundakı səhmlərini satmaq niyyətində olması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyiblər.

“Cənub Qaz Dəhlizi Avropanın qaz tədarükünün diversifikasiyasına yardım etməkdə mühüm rol oynayır və ABŞ bu iddialı müəssisəni müdafiə etməyə davam edir. Azərbaycanın enerji ehtiyatlarının davam edən kommersiya inkişafını və onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki iştirakını tam dəstəkləyirik”, - səfirlikdən bildiriblər.

“ExxonMobil” və “Chevron” biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun olaraq qəbul edən ictimai şirkətlərdir. ABŞ-ın energetika şirkətləri 1990-cı illərin əvvəllərindən Azərbaycanda aktiv fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını özləri qəbul edir.

Səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçıları Azərbaycanın enerji sektorunda fəaliyyətini davam etdirir”, - ABŞ səfirliyindən qeyd ediblər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri