10 
Dek
2018
16:08
26
286
32016
Virtual karabakh

Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏR

10 Dek, 2018
16:08
32016

Dolların satışı bahalaşdı - BANKLARIN GƏTİRDİYİ SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar.

Oxu.Az xəbər verir ki, bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir. 

Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. “Naxçıvan Bank” isə dollar almaq istəyənlərə daha yüksək mübadilə kursu təklif edir - 1.7050. 

Dollar satışının sabit qalması “Paşa Holding”in bank qrupuna daxil olan iki bankda müşahidə edilir. Belə ki, “Paşa Bank” və “Kapital Bank” məzənnəni dəyişdirməyərək 1.7020 səviyyəsində saxlayıblar. Eyni zamanda, dövlət bankı olan “Azər-Türk Bank” da dolların satış kursunu artırmayıb. Digər 12 bank isə satışı 1.7030 kursu ilə həyata keçirirlər. Məzənnəni qaldırmış banklardan bir neçəsi ilə söhbətimiz zamanı məlum oldu ki, kursun yüksəlməsi dollara tələbatın artması ilə bağlı olub. Bankların valyuta ilə təminatında isə heç bir problem olmadığından müştərilər istədikləri qədər dollar ala bilirlər. 

                                     Dollar

Dollar                    Avro

   Avro 
 

Alış

Satış

Alış

Satış

AccessBank

1.6990

1.7030

1.9036

1.9618

Afbank

1.7000

1.7025

1.9285

1.9570

AGBank

1.6950

1.7030

1.9173

1.9629

Amrahbank

1.7010

1.7030

1.9400

1.9550

AtaBank

1.6980

1.7025

1.9270

1.9600

Azərbaycan Beynəlxalq Bankı

1.6970

1.7030

1.9227

1.9511

Azərbaycan Sənaye Bankı

1.6990

1.7020

1.9250

1.9650

Azər-Türk Bank

1.6970

1.7020

   

Bank Avrasiya

1.6990

1.7025

1.9250

1.9600

Bank of Baku

1.7000

1.7030

1.9300

1.9800

Bank BTB

1.6980

1.7030

1.9340

1.9580

Bank Respublika

1.6970

1.7030

1.9330

1.9520

Premium Bank

1.7000

1.7030

1.9340

1.9520

Bank VTB

1.6990

1.7025

1.9280

1.9560

Expressbank

1.6995

1.7030

1.9390

1.9520

GünayBank

1.7012

1.7030

1.9330

1.9570

Xalq Bank

1.6990

1.7020

1.9130

1.9720

Kapital Bank

1.6970

1.7020

1.8730

2.0025

Melli İran Bankı Bakı filialı

1.6980

1.7025

1.9200

1.9500

Muğanbank

1.6970

1.7025

1.9190

1.9660

Naxçıvanbank

1.6995

1.7050

1.9133

1.9560

NBCBank

1.6970

1.7030

1.9300

1.9600

Nikoyl Bank

1.7000

1.7030

1.9350

1.9550

Pakistan Milli Bankının Bakı Filialı

1.6950

1.7030

   

Paşa Bank

1.6975

1.7020

1.9270

1.9670

RabitəBank

1.6990

1.7030

1.9220

1.9640

Turanbank

1.7005

1.7025

1.9372

1.9512

Unibank

1.6990

1.7030

1.9288

1.9560

Yapı Kredi Bank Azərbaycan

1.6975

1.7025

1.9036

1.9813

Ziraat Bank Azərbaycan

1.6980

1.7030

1.9230

1.9620

Azərpoçt

1.6990

1.7025

1.9100

1.9470

Məlumdur ki, Azərbaycanda bir neçə bank gəlirlərini məhz mübadilə kursu üzərində qurub. Ancaq bir qrup banklar da var ki, onlar mübadilə əməliyyatlarından qazanca çox böyük üstünlük vermirlər. Lakin bu banklar da dolların satış kursunu artırıblar. Bunun səbəbinə gəlincə, maraqlı da olsa, qeyd edək ki, banklar əlindəki dolları satmaq istəmirlər. Niyə? 

İlin sonuna yaxın idxal əməliyyatları ilə əlaqədar olaraq bankların dollar satmaqda maraqlı olmadığını nəzərə alsaq, satış kursunun qalxmasında həm də bu amilin təsirini görə bilərik. Başqa sözlə, banklar əlindəki valyutanı müştərilərinin il yekununda idxal əməliyyatları üçün ödəmələrə və turizm məqsədləri üçün ehtiyat saxlamaq üçün xərcləmək istəmirlər. 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda dollara tələbatın artması ancaq psixoloji faktorlarla bağlı olur. Bu ilin yazında Rusiya və Türkiyədə milli valyutaların bahalaşması nəticəsində mart-aprel aylarında dollar almaq istəyənlərin sayı kəskin artsa da, ölkənin monitar siyasətini həyata keçirən Mərkəzi Bank bu süni amili cilovlamağa və dollara tələbatın tam ödənilməsinə imkan yaratdı. 

İqtisadçı ekspertlərin bir qismi isə ölkənin tədiyyə balansındakı profisiti nəzərə alaraq, dolların bahalaşmayacağını proqnoz edirlər. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri