14 
Dek
2018
16:32
100
47
5963
Virtual karabakh

Rusiya uçot dərəcəsini artırdı

14 Dek, 2018
16:32
5963

Rusiya uçot dərəcəsini artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 7,5%-dən 7,75%-ə yüksəldib.

Oxu.Az xəbər verir ki, faiz artımı qısamüddətli dövrdə ölkədə inflyasiya risklərinin cilovlanması məqsədi daşıyır.

“Xarici şərtlərin gələcək inkişafı hələ də qeyri-müəyyən olaraq qalır. Eyni zamanda, ƏDV-nin qaldırılması ilə qiymətlərin artması və inflyasiya gözləntiləri var”.

Mərkəzi Bank qeyd edib ki, 2019-cu ildə inflyasiyanı 5,0–5,5%, 2020-ci ildə 4% proqnozlaşdırır. Mərkəzi Bank inflyasiyanın gələcək dinamikasından asılı olaraq, uçot dərəcəsinin qaldırılmasını qiymətləndirəcək. Burada xarici şoklar da nəzərə alınacaq.

Xatırladaq ki, oktyabr ayında Mərkəzi Bank uçot dərəcəsini dəyişməyərək 7,5%-də saxlamışdı.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri