Yan
2019
11:10
51
781
20977
Virtual karabakh

Azərbaycana idxal olunan avtomobillərin aksiz dərəcələri artırılıb

1 Yan, 2019
11:10
20977

Azərbaycana idxal olunan avtomobillərin aksiz dərəcələri artırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb.

Oxu.Az xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda, mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0,20 manat) aksiz dərəcəsi tətbiq olunur.

Mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat), mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq edilir. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri