Yan
2019
13:19
14
142
8494
Virtual karabakh

Vergilər Nazirliyi ödəyicilərə müraciət etdi

7 Yan, 2019
13:19
8494

Vergilər Nazirliyi ödəyicilərə müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik olmadığı bildirilib. 

Müraciətdə qeyd olunub ki, vergi ödəyicisi tərəfindən səhvən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları vergi və digər büdcə ödənişləri üzrə hesablara köçürüldüyü halda, həmin vəsaitlərin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

“1 yanvar 2019-cu il tarixdən vergi ödəyicisi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün vəsaitləri qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı üzrə Dövlət Xəzinədarlığı orqanlarında mövcud məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmaları üzrə hesablara köçürülməlidir. Hesablar üzrə məlumatlar taxes.gov.az rəsmi internet səhifəsində yerləşdirilib”. 

Vergilər Nazirliyi bəyan edib ki, 01.01.2019-cu il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar vergi orqanlarına təqdim edilməlidir.

Hesabatları sərbəst surətdə təqdim etmək imkanına malik olmayan şəxslər isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56 ünvanında yerləşən Xidmət Mərkəzinə müvafiq kömək göstərilməsi üçün müraciət edə bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri