Yan
2019
11:59
15
161
4028
Virtual karabakh

Bir ildə dollar satışı 80 faiz artıb - İNFOQRAM

8 Yan, 2019
11:59
4028

Bir ildə dollar satışı 80 faiz artıb - İNFOQRAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Fondu (ARDNF) dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

Oxu.Az xəbər verir ki, 2018-ci ilin dekabr ayında valyuta hərraclarında 677,1 mln. dollar satılıb, bu isə noyabr ayındakı göstəricidən 23 mln. manat və ya 3,52% çoxdur.

Aylıq artımda belə bir fərqin yaranmasına səbəb dekabr ayında manatın devalvasiyası ilə bağlı ajiotajın təsiridir. Bundan başqa, ilin son ayında idxal əməliyyatları üzrə ödənişlər həyata keçirildiyindən valyutaya tələb artır və ona görə də satış göstəricisi yüksəlir. Həmçinin, il sonunda Neft Fondu da büdcə qarşısında öhdəliklərini tam bağlamaq məqsədilə bazara daha çox valyuta çıxarır.

 

Lakin valyuta satışındakı illik müqayisə bu fərqin daha böyük olduğunu göstərir. 2018-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 6 milyard 460 milyon dollar satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 2 milyard  862 milyon dollar və ya 79,55% çoxdur.

Artımın səbəbləri arasında dövriyyədə olan pul kütləsinin artımını, eləcə də, əhalinin pul gəlirlərinin çoxalmasını və bank sisteminin aktivliyini vurğulamaq mümkündür.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri