Yan
2019
11:26
46
19
1878
Virtual karabakh

Bağlanan bankların əmlakları 35 hərracda satılıb - RƏSMİ

Əmanətlərin Sığortalanması Fondu 2018-ci il ərzində keçirilən 35 hərracda ləğv prosesində olan QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satıb.

Oxu.Az xəbər verir ki, hərraclar Xammal və Əmtəə Birjası vasitəsilə həyata keçirilib. 

Sadalanan ləğv prosesində olan banklara məxsus 13 lot üzrə daşınmaz əmlak və 136 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompüter və elektrik avadanlıqları, bankomat və digər bank avadanlığı satılıb. 

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan üç ədəd daşınmaz əmlak və 63 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı dörd ədəd daşınmaz əmlak və 20 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan bir ədəd daşınmaz əmlak və 17 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı bir ədəd daşınmaz əmlak və 15 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı iki ədəd daşınmaz əmlak və beş lot üzrə daşınar əmlak satılıb. 

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak yeddi lot üzrə, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə, “Royalbank” ASC-nin balansındakı iki ədəd daşınmaz əmlak və iki lot üzrə daşınar əmlak və  “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak beş lot üzrə satılıb. 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri