Yan
2019
18:38
334
84
8398
Virtual karabakh

Neft bahalaşıb

İlin əvvəlindən neftin qiyməti təxminən 11 faiz bahalaşıb.

Oxu.Az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən hərraclarda dekabrın 31-də Brent markalı neftin bir barelinin qiyməti 53,8 dollar olsa da, yanvarın 9-da bu rəqəm 60 dollara qədər qalxıb.

Şimal dənizi neft qatışığının qiyməti sonuncu dəfə ötən ilin dekabrın 17-də bu həddi keçmişdi.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI markalı neftin bir barelinin qiyməti 50,87 dollara qədər bahalaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri