10 
Yan
2019
12:50
13
46
2445
Virtual karabakh

Fərdi uçotda duranların sayı açıqlandı - RƏSMİ

10 Yan, 2019
12:50
2445

Fərdi uçotda duranların sayı açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 min 806 nəfər və ya 4,8 faiz artıb.

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2019-cu ilin 1 yanvar tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 736 min 551 nəfərə çatıb.

Fərdi uçot sistemində açılan fərdi hesab sığortaolunanın gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatları özündə əhatə etməklə, vətəndaşa sosial sığorta sistemində iştirak etmək və öz gələcək pensiya təminatı üçün kapital toplamaq imkanı verir. Sosial sığorta ödənişləri nəticəsində öz fərdi hesabında pensiya kapitalını mütəmadi olaraq artıran şəxs bununla gələcəkdə ona təyin olunacaq pensiyanın məbləğini də artırmış olur.

Pensiya qanunvericiliyinə əsasən, hər ilin əvvəlində pensiyalarla yanaşı, sığortaolunanların fərdi hesablarındakı sığorta kapitalı da indeksləşdirilərək artırılır.

İstifadəyə verilən “e-sosial” internet portalının üstünlüklərindən biri kimi, vətəndaşlar bu portalda onlara aid digər məlumatlarla yanaşı,  “Fərdi şəxsi hesab” bölməsi vasitəsilə hesablarındakı pensiya kapitalı barədə məlumat da əldə edə bilirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri