15 
Yan
2019
10:32
33
228
29312
yuxarı
Pensiyalar nə vaxt veriləcək? - AÇIQLAMA
15 Yan, 2019
10:32
29312
33
228
Pensiyalar nə vaxt veriləcək? - AÇIQLAMA
Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov açıqlama verib.
R.Talıbovun sözlərinə görə, hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır:
“Texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq. Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək”.
İlhamə Abdullayeva