17 
Yan
2019
10:23
132
29
3625
Virtual karabakh

Azərbaycan nefti bahalaşıb, “Brent” ucuzlaşıb

17 Yan, 2019
10:23
3625

Azərbaycan nefti bahalaşıb, “Brent” ucuzlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 62,75 dollar olub. 

Oxu.Az xəbər verir ki, bu, əvvəlki ticarət qiymətilə müqayisədə 1,23 dollar və yaxud 2% bahalaşma deməkdir. 

Bu gün səhər tezdən isə “Brent” markalı neft ucuzlaşma nümayiş etdirir. Belə ki, neftin satış sessiyasının açılışı 61.30 dollar olub və satışlar başlayan kimi qiymətlər düşməyə başlayıb.  

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri