17 
Yan
2019
12:27
111
19
3200
Virtual karabakh

Ələtdə yükqaldırma əməliyyatları dayandırıldı - RƏSMİ

17 Yan, 2019
12:27
3200

Ələtdə yükqaldırma əməliyyatları dayandırıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir.

Verilən məlumata əsasən, günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. Əmək təhlükəsizliyi qaydalarına əsasən, Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri