17 
Yan
2019
15:47
38
157
12801
Virtual karabakh

Azərbaycana avtomobil idxalı dekabrda pik həddə çatıb - İNFOQRAM

17 Yan, 2019
15:47
12801

Azərbaycana avtomobil idxalı dekabrda pik həddə çatıb - İNFOQRAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildən avtomobillərin bahalaşacağını eşidən idxalçıların fəallaşması nəticəsində dekabr ayında idxal pik həddə çatıb.

Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2018-ci ilin dekabr ayında ölkəmizə 6 min 162 ədəd avtomobil, o cümlədən, 5 min 718 ədəd minik avtomobili idxal olunub.

Noyabr ayında ölkəmizə 3 min 378 ədəd cəmi avtomobil, o cümlədən, 3 min 84 ədəd minik avtomobili gətirilib, bu isə aylıq müqayisəni 1,8 dəfə artırıb.

2018-ci ilin 12 ayı ərzində ölkəmizə cəmi 28 876 ədəd avtomobil idxal olunub. Bu, 2017-ci illə müqayisədə, 2,2 dəfə çoxdur. 2017-ci ildə 13 098 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İllik müqayisədə, minik avtomobili idxalı 11 610 ədəddən 26 147 ədədə yüksəlib.

Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 26,147 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Burada artım 2,3 dəfədir.

2018-ci ildə Azərbaycana əvvəlki illə müqayisədə, 1,9 dəfə çox yük daşımaları üçün nəzərdə tutulmuş 2,3 min ədəd motorlu nəqliyyat vasitəsi və 132 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat gətirilib.

 

 

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri