19 
Yan
2019
09:57
31
186
9893
Virtual karabakh

Nazir: Bu sahədə çox böyük pozuntular, ədalətsizliklər olub

19 Yan, 2019
09:57
9893

Nazir: Bu sahədə çox böyük pozuntular, ədalətsizliklər olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

“Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək”, - deyə bildirib.

Ötən il əmək müqavilələrinin sayının  91,3 min artdığını qeyd edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişlənəcək.

Qeyd olunub ki, əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb.

Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan bəhs edilib. 

S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması, “İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri