19 
Yan
2019
10:16
227
88
17977
Virtual karabakh

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

19 Yan, 2019
10:16
17977

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib.

Oxu.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son altı ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O bildirib ki, əsassız əlillik verilməsinin ləğv edilməsi nəticəsində 3 mln. manat dövlət vəsaitinə qənaət olunub.

Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri