19 
Yan
2019
12:03
137
33
4405
Virtual karabakh

“Hasilat azaldı” açıqlaması nefti bahalaşdırdı

19 Yan, 2019
12:03
4405

“Hasilat azaldı” açıqlaması nefti bahalaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin dekabr ayında qlobal neft hasilatı gündəlik təxminən 100 milyon 600 min barelə enib, bu isə noyabr ayındakı göstərici ilə müqayisədə 950 min barel azdır.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, OPEC ölkələrinin xam neft istehsalı gündəlik 590 min barel azalaraq 39 milyon 400 min barelə düşüb.

OPEC ölkələri arasında neft hasilatını əksinə artıranlar da olub. Məsələn Nigeriyada neft hasilatı 400 min barel artaraq 1 milyon 660 min barelə, Anqolada da 400 min barel artaraq gündəlik 1 milyon 480 min barelə yüksəlib. Qabonda isə gündəlik hasilat 200 min barel artımla 1 milyon 60 min barelə yüksəlib.

Hesabata görə, ötən ay OPEC üzvləri arasında hasilatı daha çox azaldan Səudiyyə Ərəbistanı olub. 

Dünyanın ən böyük neft ölkəsi gündəlik neft hasilatı 420 min barel salıb və nəticədə hasilat 10 milyon 640 min barelə enib.

İran gündəlik hasilat 170 min barel azalmaqla 2 milyon 800 min barelə, Liviyada isə 120 min barel azalmaqla 990 min barelə düşüb.

OPEC-ə üzv olmayan ölkələr isə 360 min barel az neft hasil ediblər, OPEC üzvlərinin sövdələşməsi olan dekabr ayında hasilat 950 min barel azalıb. 

Hasilatın azalması ilə bağlı bu hesabatdan sonra Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,52 dollar artaraq 62,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,73 dollar bahalaşaraq 53,80 dollar olub.

Proqnozlara görə, 2019-cu ildə qlobal neft tələbi gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 700 min barelə yüksələcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri