21 
Yan
2019
18:20
27
77
2993
Virtual karabakh

Davos İqtisadi Forumu öz işinə başlayıb

21 Yan, 2019
18:20
2993

Davos İqtisadi Forumu öz işinə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrənin Davos şəhərində növbəti Ümumdünya İqtisadi Forumunun açılışı baş tutub.

Oxu.Az xəbər verir ki, bu il forumun əsas mövzusu “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması” olacaq.

Davos forumunda 110 ölkədən 3000-dən çox iştirakçı yığılacaq.

Xatırladaq ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev də Davos forumunda iştirak edəcək. Azərbaycan dövlətinin başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin milyard dollarlıq baxışı” sessiyasında çıxış edəcək.

Gözlənildiyi ki, 60-dan çox ölkənin rəhbəri, o cümlədən, yaponiyanın Baş naziri Sindzo Abe, Almaniya kansleri Angela Merkel, Çin sədrinin müavini Van Tsişan, Braziliyanın yeni prezidenti Jair Bolsonaru, İtaliyanın baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstanın prezidenti Əşrəf Qani, İraq prezidenti Barxam Saleh, Ermənistanın baş naziri Nikol Paşinyan istirak edəcəklər.

Həmçinin BMT və onun təşkilatlarının, Beynəlxalq valyuta fondu, NATO, Ümumdünya bankı, Ümumdünya Ticarət təşkilatı kimi iri beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri