22 
Yan
2019
13:38
22
52
2352
Virtual karabakh

Kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru sadələşdiriləcək - VİDEO

22 Yan, 2019
13:38
2352

Kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru sadələşdiriləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı Vergilər Nazirliyi brifinq keçirib. 

Oxu.Az xəbər verir ki, nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, bu islahat nəticəsində hüquqi şəxslər bir prosedurla onlayn dövlət qeydiyyatına alınacaq. 

Qeydiyyat sistemi tam sadələşdirilib. Dövlət qeydiyyatının aparılması, ƏDV qeydiyyatı və bank hesabının açılması bir prosedurla yekunlaşacaq. Bu zaman “Asan İmza”ya ehtiyac olmayacaq və qeydiyyat üçün müraciət də tələb edilmir.

Vergilər Nazirliyinin yaratdığı yeni onlayn qeydiyyat sistemi hüquqi şəxs yaratmaq, yəni Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərmək istəyənlər üçün çox əlverişli imkanlar açır.

"Əgər siz əvvəllər 3,5 gün və 3 prosedur keçməklə, əvvəlcədən "Asan İmza" üçün 18 manat ödəməklə, VÖEN ala bilirdinizsə, 0,5 gün gün ərzində, "0" xərclə , bircə prosedurla qeydiyyat təsdiqlənir. Məlumatlar sistemə daxil edildikdən sonra həmin məlumatlar əsasında MMC-niz üçün nizamnamə və səhmdarların qərarı hazırlanır. Bu sənədlər hazır formada elektron kabinetə yerləşdirlir və əgər səhmdarlar təsdiqləyirsə, həmin vaxt dərhal qeydiyyat və uçot idarəsinin bazasına gedir. Məlumatlar vahid mərkəzdə toplanır və dərhal da müvafiq dövlət qurumlarına, o cümlədən əmək müqavilələri də barkodlanaraq, əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Həmçinin bank və notarius xidmətinə belə məlumatlar onlayn ötürülür və həmin forma hüquqi qüvvə daşıyır".

Nəticədə biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enir. Bütün informasiyalar vahid mərkəzdə toplanır və istifadəçi MMC-ni 20 dəqiqə ərzində qeydiyyata ala bilir.

Bunun üçün elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçəcəklər. 

Qeydiyyat ərizəsinin məlumatları sistemə daxil edilməklə bir prosedurla təsdiqlənmə nəticəsində VÖEN verilmə prosesi yekunlaşır. 

Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı  yerləşdirilib.

Ə.Məmmədovun sözlərinə görə, bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

"Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda  “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir".

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri