28 
Yan
2019
13:40
18
60
2301
Virtual karabakh

“Fitch” Azərbaycanla bağlı proqnozunu açıqladı

“Fitch” agentliyi 2019-cu ildə Azərbaycanın xalis xarici aktivlərinin ÜDM-in 83,1 faizinədək artacağını proqnozlaşdırır.

Oxu.Az xəbər verir ki, agentliyin analitiklərinin hesablamasına görə, 2020-ci ildə xalis xarici aktivlərin həcmi ÜDM-in 84,7 faizinə yüksələcək.

“Qiymətləndirmələrimizə əsasən, 2018-ci ilin yekunları üzrə Azərbaycanın xalis xarici aktivləri ÜDM-in 75,4%-ni təşkil edəcək. Eyni zamanda, davamlı xarici əmanətlər gələcəkdə də xalis xarici aktivlərin həcminin artımını dəstəkləyəcək. Proqnozlarımıza görə, 2019-cu ildə onların həcmi ÜDM-in 83,1%-nə, 2020-ci ildə - ÜDM-in 84,7%-nə çatacaq”.

Agentliyin proqnozunda bildirilir ki, 2019-cu ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8,4%-dək artacaq. “Şahdəniz-2” yatağından hasilatın artırılması karbohidrogen ixracının artımına səbəb olacaq, bu da idxalın artmasını ödəyir. Rusiya tərəfindən ASK məhsullarının ixracına yüksək tələbat, davamlı turizm sektoru və karbamid zavodunun istifadəyə verilməsi qeyri-neft məhsulları və xidmətlərin ixracına stimul verəcək”. 

“Fitch” 2019-cu ildə Azərbaycanın icmal büdcənin profisitinin ÜDM-in 3,4%-i səviyyəsində olacağını proqnozlaşdırır.

“2018-ci ildə hökumət icmal büdcənin profisitini ÜDM-in 3,4% səviyyəsində qeydə alıb, bu da ARDNF-nin daha yüksək gəlirləri ilə şərtlənir. Proqnozlara görə, 2019-cu ildə icmal büdcənin saldosu ÜDM-in 3,4%-i səviyyəsində qalacaq, bu da karbohidrogen ixracından gəlirlər və xərclərin orta artımı ilə dəstəklənəcək. 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcu “BB” reytinqi üçün cari orta 48,1% göstərici ilə müqayisədə, ÜDM-in 18,4%-i səviyyəsində olacağı proqnozlaşdırılır”.

“Fitch”in qiymətləndirmələri ilə 2019-cu ildə Azərbaycanda ÜDM 3,5% artacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri